- Köhnə - Siyasət
- 29 Oktyabr 2013 16:58
- 3 710
“Azadlıq”la “Yeni Müsavat” qəzetləri birləşsin - Təklif
AzNews.az-ın məlumatına görə, belə bir təkliflə Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli "facebook"dakı profilində statusu vasitəsilə çıxış edib.
O əlavə edib ki, təklifi hörmətlə qəbul olunsun.
Statusa öz rəyini bildirən "Yeni Müsavat" qəzətinin baş redaktoru Rauf Arifoğlu əvvəlcə AXCP ilə Müsavat Partiyasının birləşməsi və Cəmil Həsənlinin vahid partiyaya sədr seçilməsi ilə bağlı öz təklifini xatırladaraq, bildirib ki, hər iki təklif dəyərlidir və olduqca yerindədir: "Qəzetləri birləşdirək. Mən təsisçi olmağa da razıyam".
Qeyd edək ki, prezident seçkilərindən sonra Milli Şurada təmsil olunan AXCP və Müsavat Partiyasının birləşməsi məsələsi yenidən gündəmə gəlib.
AzNews.az