ALP özünü bütün birliklərdən təcrid edir - Qərar


"Artıq bütün bunlardan sonra Azərbaycan Liberal Partiyası qarşıdan gələn parlament seçkilərinə heç bir blokda təmsil olunmadan iştirak etməlidir".


Bunu AzNews.az-a Azərbaycan Liberal Partiyasının (AlP) İcraiyyə Komitəsinin sədri Elman Məmmədzadə bildirib.

E. Məmmədzadə deyib ki, onun bu təklifi normal qarşılanmalıdır. Çünki ALP seçkilərə tək qatıldığı zaman uğur qazanıb, nəinki blok tərkibində olduqda. E.Məmmədzadə təmsil olunduğu partiyanın Milli Şuradan çıxması məsələsinə də münasibət bildirib:

"Son 20 ildə Azərbaycan siyasətində iyrənc bir ideoloji xətt var. Bu, şər kampaniyasıdır. Çirkaba bulaşanlar Əvəz Temirxanın mübarizliyindən çəkinərək, ona çamur atırlar.

Liberal Partiya hər hansı bir təşkilata qarşı heç vaxt qərəz və şər nümayiş etdirməyib. Liberal Partiyaya qarşı aparılan çirkin kampaniyanın heç biri bu səbəbdən bizə yapışmayacaq".

Elvin
AzNews.az