“Cəmil Həsənlinin sədr olmasına etirazım yoxdur”. “Cəmil Həsənlinin sədr olmasına etirazım yoxdur”.

“İbrahimbəyova təşəkkür etmək lazımdır”

“Cəmil Həsənlinin sədr olmasına etirazım yoxdur”.




"Vaxtında Milli Şurada həmsədrlik institutunun yaradılması təklifinin əleyhinə olmuş insanlar, indi bu ideyanın lehinə fikir bildirirlər".

Bunu APA-ya Milli Şuranın üzvü, Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı deyib.

G. Aslanlı hesab edir ki, Milli Şurada vahid sədrin olması daha düzgündür və bu baxımdan Milli Şurada həmsədrlik institutunun yaradılmasına ehtiyac yoxdur: "Bu vaxta qədər Milli Şuranın hazırkı sədri Rüstəm İbrahimbəyova gördüyü işlərə görə təşəkkür etmək lazımdır. Ancaq artıq faktiki olaraq onun Azərbaycana gəlməsi və bu işlərə rəhbərlik etməsi mümkün olmadığı üçün bir sədrin olması daha düzgündür. Cəmil Həsənlinin Milli Şuranın sədri olmasına isə etirazım yoxdur".

O qeyd edib ki, qurumda həmsədrlik institutunun yaradılması ideyası Milli Şura yaranmazdan əvvəl təklif edilib: "Həmsədrlik ideyası hələ Milli Şura yaranmazdan əvvəl ortaya atılan təklif idi və indi onun lehinə olanlar, o vaxt bu ideyanın əleyhinə fikir bildirirdilər. O vaxt təklif olunurdu ki, ziyalılarla yanaşı, siyasi partiyaların da rəhbərləri həmsədr olsun. Lakin söhbət vahid namizəddən gedirdi və bu konsepsiyaya görə vahid namizəd yalnız ziyalılardan biri olmalı idi. Buna görə də o zaman həmsədrliyə etiraz olundu. İndi isə siyasətçilərin və siyasi partiyaların da olduğu bir təşkilatda siyasətdə olmayan iki ziyalının həmsədr olmasını o qədər də məqsədəuyğun saymıram".

AzNews.az