- Köhnə - Siyasət
- 11 Noyabr 2013 09:46
- 4 609
Rəsul Quliyev müxalifəti sərt tənqid etdi
“Azərbaycan leqitim ölkə statusunu qazandı”
Milli Məclisin keçmiş sədri və Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyev müxalifəti sərt tənqid edib.
AzNews.az-ın məlumatına görə, R. Quliyev "facebook" vasitəsilə yaydığı açıqlamasında diqqəti 9 oktyabrda keçirilən prezident seçkilərinə yönəldib. O bildirib ki, ABŞ prezidenti Barak Obamanın təbrik məktubu ilə Azərbaydankı seçki özünün finalına çatıb: "1993-cü ildən sonra hakimiyyət ilk dəfə dünyanın bütün demokratik dövlətlərinin təbrik məktubunu ala bildi və faktiki demokratiyaya gedən leqitim ölkə statusunu aldı. Səbəb müxalifətin apardığı səhv siyasətdir".
R. Quliyev əlavə edib ki, nə ölkə daxilində, nə də xaricdə bu hakimiyyətə Azərbaycanda alternativ qüvvə heç mikroskopla belə görünmür:
"Ölkədə heç bir alternativin olmadığını görən xarici təşkilatlar bəlkə bu rejimə yaxınlaşmaqla onun müəyyən reformalar etməsinə nail olaraq siyasətinə üstünlük verdilər. Yeni təşkilatlar yaradılmasa, köhnə qurumlar hakimiyyəti daha da gücləndirəcəklər. Məsələn, Milli Şuranın "Seçki saxtalaşdırıldı" və "Cəmil müəllim bizim prezidentdir" deməkdən başqa bir şüarı yoxdur. Bununlada heç bir diqqətə nail olmaq mümkün deyildir. Bir daha indiki stukturların özlərini buraxması tamamilə yeni bazada real, praqmatik müxalifətin formalaşmasından başqa bir yolun olduğunu görmürəm".
AzNews.az