Azərbaycanda yeni partiya yaranır – Nazirliyə müraciət

"EL" Hərəkatı Partiyasının sənədləri dekabr ayının 20-nə kimi Ədliyyə Nazirliyinə təqdim olunacaq". Bunu AzNews.az-a "El" Hərəkatı Partiyasının sədri Əflan İbrahimov deyib. Onun fikrincə, yaxın zamanlarda sözügedən yeni partiyanın qurultayı keçiriləcək: "Biz "EL" Hərəkatı İctimai Birliyi yaratmışdıq. Hazırda həmin birliyi "El" Hərəkatı Partiyasına çevirdik. Bununla bağlı biz 32 rayonda "El" hərəkatının təsis yığıncaqlarını keçirdik. Hələ qarşıdakı günlərdə 20-dən yuxarı rayonda təsis yığıncağının keçirilməsi planlaşdırılır. Hələlik Yeni Yasamalda ofis tutmuşuq. Ofisimizdə təşkilat komitələri işləyir. Rayon təsis yığıncaqları başa çatandan sonra Qobustanda qurultay keçirəcəyik. Qurultayda nizamnamə və mərannaməmizi hazırlayıb Ədliyyə Nazirliyinə təqdim edəcəyik. Məqsədimiz "El" Hərəkatı Partiyası kimi qeydiyyatdan keçməkdir".

AzNews.az
Bahar