Oqtay Əsədov Rusiyada


Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti Rusiyaya getdi.

Milli Məclisin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, nümayəndə heyəti noyabrın 28-29-da Sankt-Peterburqda keçiriləcək MDB Parlamentlərarası Assambleyasının Şura və 39-cu plenar iclaslarında iştirak edəcək.

Parlamentlərarası Assambleyanın Şura iclasında MDB iştirakçısı olan ölkələrdə seçkilərin müşahidəsinin təşkili, Parlamentlərarası Assambleyanın nəzdində sağlamlığın qorunması üzrə Ekspert Şurasının fəaliyyəti, sərhəd xətləri olmayan Avropanın qurulmasında parlamentlərin rolu və bir sıra təşkilati məsələlər müzakirəyə çıxarılacaqdır.

Səfər zamanı Milli Məclisin sədri Oqtay Əsədovun tədbirdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri də nəzərdə tutulub.

AzNews.az