“Biz onsuzda bir yerdəyik və bir çətirin altındayıq” “Biz onsuzda bir yerdəyik və bir çətirin altındayıq”

Mirmahmud Mirəlioğlu: “Bu da bizim prinsiplərə uyğun gəlmir”

“Biz onsuzda bir yerdəyik və bir çətirin altındayıq”




Bunu AzNews.az-a açıqlamasında Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu Müsavat Partiyasının Milli Şura çərçivəsində ikitərəfli danışıqlar başlamasına münasibət bildirərkən deyib.

M. Mirəlioğlu bildirib ki, Müsavat Partiyasının Milli Şura çərçivəsində başladığı danışıqlara dair mövqeləri mövcuddur.

Onun sözlərinə görə, hazırda önəmli məqamlardan biri Milli Şuranın gücləndirilməsi, strukturlarının təkmilləşdirilməsi istiqamətində işlərin aparılmasıdır ki, KXCP-nin bununla bağlı qərarı da olub.

"Yenidən danışıqların aparılmasına ehtiyac varmı" sualını cavablandıran M. Mirəlioğlu bildirib ki, istənilən halda danışıqlara etiraz etmək düzgün deyil.

İkitərəfli danışıqlarda kənarda qalan qüvvələrin olması narahatlığını da ifadə edən KXCP sədrinin sözlərinə görə, bu gün Milli Şurada bir yerdə olan qüvvələrin içərisində bir-birini qəbul etməyən təşkilatlar da var: "İkitərəfli münasibətlərdə isə bunun saxlanmasını reallaşdırmaq çətindir. Bu da bizim prinsiplərə uyğun gəlmir. Dünən baş verənləri təkrarlamağa ehtiyac yoxdur".

Qeyd edək ki, Milli Şuranın sonuncu sessiyasından sonra Müsavat Partiyasının funksionerləri, hətta partiya başqanı İsa Qəmbər də adıçəkilən birliyin mövcud fəaliyyətini qınayıb və qurumdan çıxmalarına dair açıqlamalar səsləndirmişlər.

AzNews.az