Zəfər Quliyev Rüstəm İbrahimbəyova “bolşevik” dedi


"El" Hərəkatının sədr müavini Zəfər Quliyev Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovu "bolşevik" adlandırıb.

AzNews.az xəbər verir ki, bunu Z.Quliyev özünün facebook səhifəsində Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovun "Kim Milli Şuraya qarşıdırsa hökumətə işləyir" ifadəsinə münasibət bildirərək yazıb.

"Çox qəribə və bolşeviksayağı məntiqdi. Heç gözləməzdim görkəmli ziyalımızdan. Onda istənilən partiya, təşkilat ya lider bu məntiqi rəhbər tutaraq deyə bilər: kim bizə ya mənə qarşıdırsa, hökümətə işləyir. Bu cür neobolşevizm yanaşmanı düzgün hesab etmirəm!"-, deyə Z.Quliyev bildirib.

Elvin
AzNews.az