"Gec də olsa Rüstəm İbrahimbəyov bunu anladı" "Gec də olsa Rüstəm İbrahimbəyov bunu anladı"

“Əli Kərimli İbrahimbəyovla Müsavatı üz-üzə qoymaq istəyirdi”

"Gec də olsa Rüstəm İbrahimbəyov bunu anladı"





"AXCP sədri Əli Kərimli Demokratik Qüvvələrin Milli Şurasının son sessiyasında sürpriz hazırlamışdı. Heç kəsin xəbəri olmadan Əli Kərimli Rüstəm İbrahimbəyovla danışaraq, təkid etmişdi ki, Milli Şuranın fəxri sədri olsun".

Bunu AzNews.az-a açıqlamasında Müsavat Partiyasının başqanının müşaviri Mustafa Hacıbəyli deyib. O bildirib ki, Rüstəm İbrahimbəyova təkid etmək faktını Əli Kərimli özü sessiyada açıqlamışdı: "Bu sürprizin məqsədi isə Rüstəm İbrahimbəyovu Müsavat Partiyasına qarşı qoymaq idi. Gec də olsa Rüstəm İbrahimbəyov bunu anladı və Əli Kərimlinin əlində Müsavat Partiyasına qarşı alətə çevrilmək istəmədiyi üçün istefa verdi. Yəni bu təkid olmasaydı, Müsavata qarşı müttəfiq axtarışı olmasaydı, nə Müsavat Partiyası gərginlik yaşamayacaqdı, nə də Rüstəm İbrahimbəyov istefa verməyə məcbur olmazdı".

M. Hacıbəyli onu da qeyd edib ki, sosial şəbəkələr vasitəsilə anonim profillərlə Müsavat fəallarına qarşı böhtan atmaq kampaniyası həyata keçirilir: "Əslində, bu profillərin kimlərə məxsus olduğu çoxlarına, o cümlədən də bizə məlumdur".

Məhəmməd
AzNews.az