- Köhnə - Siyasət
- 7 Fevral 2014 16:19
- 5 064
İlham Əliyev Çexiya prezidenti ilə görüşdü

Görüşdə ölkələrimiz arasında münasibətlərin son vaxtlarda inkişafından məmnunluq ifadə olunub. Azərbaycan Respublikası ilə Çex Respublikası arasında siyasi əlaqələrin yaxşılaşmasının müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə də əlverişli şərait yaratdığı bildirilib.
Daha sonra görüşdə kənd təsərrüfatı, ticarət, səhiyyə, əczaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb.
AzNews.az