- Köhnə - Siyasət
- 19 Fevral 2014 12:50
- 3 433
Üç ölkənin xarici işlər nazirləri görüşdü

Trend-in məlumatına görə, bu gün Gəncə şəhərində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri Maya Pancikidze və Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun iştirakı ilə üçtərəfli görüşü başa çatıb. Görüşün sonunda Gəncə bəyannaməsi qəbul edilib.
Bu, Azərbaycan, Gürcüstan və Türkiyə XİN rəhbərlərinin sayca üçüncü görüşüdür.
Görüşdə ölkələr arasındakı münasibətlər və regional əməkdaşlıq məsələləri müzakirə edilib.
Qeyd edək ki, nazirlərin sonuncu görüşü 2013-cü ilin martında Batumidə keçirilmişdi.
AzNews.az