Elşad Miri: “Dini baxımdan burada elə də ciddi bir problem mövcud deyil” Mahmud Hacıyev: “Əbülfəz Elçibəyin qəbrinin açılması gülünc məsələdir” Elşad Miri: “Dini baxımdan burada elə də ciddi bir problem mövcud deyil” Mahmud Hacıyev: “Əbülfəz Elçibəyin qəbrinin açılması gülünc məsələdir”

Elçibəyin qəbri açıla bilər?

Elşad Miri: “Dini baxımdan burada elə də ciddi bir problem mövcud deyil” Mahmud Hacıyev: “Əbülfəz Elçibəyin qəbrinin açılması gülünc məsələdir”



Bakı Şəhər Prokurorluğunda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi üzrə cinayət işinin istintaqı aparılır. İstintaqın gedişi zamanı eks-prezidentin qəbrinin açılması – eksqumasiyası üçün də qərar çıxarıla bilər.

Azərbaycan xalqı İslam dəyərlərilə yaşadığından qəbirin açılması dini baxımdan nə dərəcə düzgündür? Həmçinin, hüquqi baxımdan da məsələnin maraqlı tərəfləri var.

Məsələni AzNews.az-a şərh edən ilahiyyatçı Elşad Miri deyib ki, Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı başlanılan istintaq işləri zamanı qəbirin açılmasında heç bir əngəl yoxdur: "Dini baxımdan burada elə də ciddi bir problem mövcud deyil. Qəbrin səbəbsiz yerə açılması onun yaxınlarına hörmətsizlikdir. Amma indiki məqamda qəbirin açılması zərurətdən irəli gəlir. Belə hadisələr qədim zamanlarda da olub. Yəni, din bunu qadağan etmir".

Sabiq polis rəisi, polkovnik Mahmud Hacıyev isə deyir ki, qəbirin dünyasını dəyişən insanın yaxınlarının icazəsi ilə açıla bilər: "Bura onun övladları həyat yoldaşı daxildir. Başqa qohumların mövqeyi nəzərə alınmır. 12 il keçməsinə baxmayaraq, qəbir eksqumasiya olunarsa, müəyyən nəticələrə gəlmək olar. Qəbir açılarsa, tibbi ekspertlər cəsədin sümüklərdən müəyyən nümunələr götürəcəklər. Bu, təkcə bizim ölkədə deyil, digər ölkələrdə də bu cür addımlar atılır. Əgər xatırlayırsızsa, Türkiyənin keçmiş prezidenti Turqut Özalın da qəbrini ekskumasiya etmək istəyirdilər. Amma onlar əsaslandırılmış şəkildə bu işi icra etməyə çalışırlar. Biz də isə bunun əksinədir. Əslində, Elçibəyin qəbrinin açılması gülünc məsələdir".

İlkin
AzNews.az