İlham Əliyev Küveyt Əmirinə məktub göndərdi

Azərbaycan Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu ünvanlayıb.


Təbrikdə deyilir:

"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan-Küveyt əlaqələrinin, ölkələrimizi birləşdirən dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın mənafelərinə xidmət edəcək.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".



AzNews.az