“Ədaləti önə çəkməyin vaxtıdır” “Ədaləti önə çəkməyin vaxtıdır”

Rövşən Rzayev: “İran anlayır ki, Azərbaycanla düşmənçilik etmək olmaz”

“Ədaləti önə çəkməyin vaxtıdır”



"İran Ermənistana yardımçı olmaqdan əl çəkməlidir. Müzakirə edilən soyqırım məsələsinə Azərbaycanın xeyrinə qiymət verilməlidir". Bu sözləri AzNews.az-a açıqlamasında Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, millət vəkili Rövşən Rzayev İran parlamentində Xocalı soyqırımının tanınması məsələsində aparılan müzakirələrə münasibət bildirərkən deyib.

O, bildirib ki, bu müzakirələrdə Azərbaycanın xeyrinə hər hansı addım atılacaqsa, bunu müsbət qiymətləndirmək lazımdır: "İran Ermənistana yardımçı olmaqdan əl çəkməlidir. Müzakirə edilən soyqırım məsələsinə Azərbaycanın xeyrinə qiymət verilməyi məqsədəuyğundur. Parlamaent səviyyəsində soyqırım məsələsini gündəmə gətirməkdə İranın məqsədi bəlli deyil. Cənub qonşumuz başa düşür ki, Azərbaycanla düşmənçilik etmək olmaz. Artıq, ədaləti önə çəkməyin vaxtıdır."

Qeyd edək ki, İran parlamentinin Xarici siyasət Komissiyası hazırda Xocalı soyqırımının tanınması məsələsini müzakirə edir.

İlkin
AzNews.az