Bu gün hər üçünün doğum günüdür Bu gün hər üçünün doğum günüdür

Allahşükür Paşazadəni, Fəzail Ağamalını və Aydın Abbasovu nə birləşdirir?

Bu gün hər üçünün doğum günüdür



Bu gün Hacı Allahşükür Hümmət oğlu Paşazadənin doğum günüdür. O, Şeyxülislam və Qafqaz Müsəlmanları İdarəsinin sədri; Müstəqil Dövlətlər Birliyi Dinlərarası Şurasının həmsədri; Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi ilə katolik-pravoslav məzhəblərarası əlaqələr komissiyasının üzvü (2006); YUNESKO-nun yanında yaradılan din xadimlərinin yüksək səviyyəli Məşvərət qrupunun üzvü (2009); BMT yanında Dinlərarası Məşvərət Şurasının üzvü; Ümumdünya İslam Konqresi, Ümumdünya Xalq Rəhbərliyi, Ümumdünya Sülh Şurası, Avrasiya İslam Şurası, "Vicdana cağırış" Beynəlxalq Fondu və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəyasət heyətlərinin üzvü; Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü; İordaniya İslam Mədəniyyəti Kral Akademiyasının müxbir üzvü (1986) və həqiqi üzvü (2001); Beynəlxalq Fiqh Akademiyasının həqiqi üzvü; Beynəlxalq Fiqh Təşkilatının təsisçilərindən biri (2008); Müstəqil Dövlətlər Birliyi müsəlman dini liderlərinin Məşvərət Şurasının sədri (2009); Bakı Dövlət Universitetinin professoru.

Bu gün həmçinin millət vəkili Fəzail Ağamalının doğum günüdür. O, 1947-ci il avqustun 26-da Ermənistan Respublikası Sisian rayonunun Qızıl Şəfəq (Şıxlar) kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. Tarix elmləri doktoru, professordur. 2 monoqrafiyanın və 50-dən çox elmi məqalənin müəllifidir. Rus dilini bilir.

1971-ci ildən Naxçıvan şəhərində orta məktəb müəllimi, Naxçıvan Dövlət Universitetinin müəllimi, baş müəllimi işləmişdir. 1983-cü ildən Azərbaycan Texnologiya İnstitutunda kafedra müdiri, 1988-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, 1991-ci ildən Azərbaycan Əmtəəşünaslıq İnstitutunda, 2000-ci ildən Azərbaycan İqtisad Universitetində dosent və professor vəzifələrində çalışmışdır. 1992-ci ildə Azərbaycan Respublikası sosial təminat nazirinin müavini, 1993–1994-cü illərdə əmək və əhalinin sosial müdafiəsi nazirinin birinci müavini və naziri əvəzi olmuşdur.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 60 saylı Salyan-Neftçala seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Bolqarıstan, Azərbaycan-İsveç, Azərbaycan-Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Evlidir, 3 övladı var.

Millət vəkili Aydın Abbasov da bu gün anadan olanlar sırasındadır. O, 1976-cı il avqustun 26-da Gəncə şəhərində anadan olub. Londondakı Amerika kollecinin biznesi idarəetmə fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. Rus və ingilis dillərini bilir. 1998–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Xarici Sərmayələr İdarəsində Qazın satışı və marketinqi şöbəsinin rəisi vəzifəsində çalışıb. Bitərəfdir. 2005-ci ildə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsindən deputat seçilib. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür. Azərbaycan-Özbəkistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-İndoneziya, Azərbaycan-Küveyt, Azərbaycan-Latviya, Azərbaycan-Lüksemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvüdür. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvüdür.

Elza
AzNews.az