“Elçibəyin zəhərlənməsini Fərəc Quliyev də bilir” “Elçibəyin zəhərlənməsini Fərəc Quliyev də bilir”

Hafiz Hacıyev: “Mənim əleyhimə danışan Flora Kərimova əxlaqsızın biridir”

“Elçibəyin zəhərlənməsini Fərəc Quliyev də bilir”



"Mətbuatda məni yalan danışmaqda ittiham edirlər. Onlar bu iddiaları qaldırmaqla cinayət işini başqa səmtə yönəltməyə çalışırlar". Bu sözləri AzNews.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, bildirib ki, dedikləri çox vaxt təhrif olunur: "Mənim adımdan mətbuata yalan məlumatlar ötürürlər. Mən guya o zaman Qəmbərov İsaya və Kərimov Əliyə demişəm ki, dövlət çevrilişi edək. Elə söhbət olmayıb. Kərimov Əlinin Elçibəyi zəhərlənməsi faktı öz təsdiqini tapdığına görə, bunlar köhnə hadisələrdən uydurmalar edirlər".

Partiya sədri onu ittiham edənləri satqın adlandırıb: "Aslan İsmayılov kimilər vaxtilə Rusiyanın agenti olublar. Bu adamlar rüşvətxoru da, terrorçunu da müdafiə edirlər. Mənim əleyhimə danışan Flora Kərimova əxlaqsızın biridir, o, ərindən 40 ildir boşanıb. Mən Kərimov Əlinin ətrafındakıları çox yaxşı tanıyıram. Onlar həmişə mənim yanımda dilənçi vəziyyətində olublar. Hafiz Hacıyevin qaldırdığı iddia sübutunu tapır. Elçibəyin həkimi də onun zəhərlənməsi qənaətindədir. Bildiyiniz kimi, Elçibəy ölümündən az öncə müayinə olunub və onun sağlam olduğu bildirilib. Bəs, necə oldu, 20 gün müddətində həyatını itirdi. Deməli, bu müddət ərzində o, zəhərlənib. Elçibəy özü də mənə dedi ki, komsomol Əli məni zəhərləyib. Mən bu barədə Sülhəddin Əkbərlə həbsxanada olanda da söhbət etmişəm. Amma indi deyir, belə söhbət olmayıb. Sülhəddin Əkbər o adamdır ki, İsa Qəmbəri "yedi" sonra da dedi ki, sən agentsən. İndi Rəsul Quliyevin tərəfindədir. Rəsulun kirvəsi Sülhəddinə bir "CİP" də bağışlayıb. Bunlar simasız adamlardır.

Nə qədər mən varam, Kərimov Əli və Qəmbərov İsa hakimiyyət üzü görməyəcək. Fərəc Quliyev də bilir, Elçibəyi kim öldürüb. Elçibəyin qurduğu sistemi parçalayan insanların hakimiyyətə gəlməsi mümkünsüzdür. Kərimov Əli həmçinin, oğrudur. Elçibəy xəstə olanda onun cibindən 150 min manat da oğurlanıb. Dediklərim həqiqət olduğundan Kərimov Əli kimilər məni qəbul etmək istəmirlər. Bunlar məni qeyri-ciddi adlandırırlar. Necə müəyyən etdilər ki mən yalan danışıram. Dünyada elə bir cihaz varmı insanın ciddiliyini yoxlasın. Belə bir aparatın olduğunu bilmirəm. AXC hakimiyyəti dövründə ən böyük nazirlərdən biri olmuşam və simasızlar mənim pulum hesabına yaşayıblar, amma indi deyirlər ki, mən qeyri-ciddiyəm. Mən 2003-cü ildə "Azadlıq" qəzetini maliyyələşdirəndə Kərimov Əli harada idi?! Türkiyənin sabiq prezidenti Süleyman Dəmirəl Bakıya gələndə Kərimov Əlinin əyninə geyməyə paltarı yox idi. Mənə dedi ki, Hafiz, paltarım yoxdu. Mən də ona kostyum alıb göndərdim. Daha sonra mən ona 1 milyon dollar vermişəm. O, zamanlar biz xaricə qara kürü satmışdıq. Onun pulunu Kərimov özü götürdü ki, silah alacam. Mən bunlarla sona qədər vuruşacam. Mən Elçibəyin qisasını alacam. Mənə heç kəs təzyiq göstərə bilməz".

İlkin
AzNews.az