Kremlin sevimli zadələri Jirinovskidən niyə qorxur?

Müstəqilliyimizin yaşı artdıqca müəyyən qüvvələrin narahatlığını hər gün, hər an hiss etməkdəyik. Bu narahatlıqlar bəzi üzdəniraq, Azərbaycan xalqına qarşı qənim kəsilən şəxslər tərəfindən açıq şəkildə ifadə olunur. Amma təəssüf ki, bizə qarşı yönələn bu hücumlar, iftira dolu sözlər damarlarında azərbaycanlı qanı axan bəzi soydaşlarımızın qulaqlarından yan keçir.

Əksinə isə həmin şəxslər bu addan istifadə edərək, yaşadıqları ölkələrdə cah-cəlal, karyera qazanır, hətta dövlətlərin saraylarına qədər gedib çıxa bilirlər. Lakin nə fayda. Bu əlaqələr, karyera öz xalqının adını qorumağa, ona yönələn təhqirləri beşiyindəcə boğmağa imkan vermirsə, hansı milli təəssübkeşlikdən, lobbiçilikdən danışmaq olar?

Əlbəttə, zaman hər şeyi öz yerinə qoydu. Özü də qısa bir vaxtda...
Sular duruldu və bəlli oldu ki, bu gursəsli Kremlin sevimli zadələri heç də "film"lərdə göründüyü kimi deyillər. Onların səsi ancaq Azərbaycan üçün gur tonda köklənir. Kremlin divarları isə bu səsi "udur". Xalqının, millətinin ünvanına səslənən təhqirdolu ifadələr eşitməzliyə vurulur, deyilənlərə "belə söyləməliymiş" kimi yanaşılır.

Belə olan təqdirdə bir sual ortaya çıxır. Bu şəxslərin tutduqları postların adlarının qarşısında kimliyimizi bildirən isimlər niyə yer almaqdadır? Axı, Rusiya Azərbaycan Təşkilatları İttifaqı, Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti, Rusiya Federasiyası Prezidentinin Səlahiyyətli Nümayəndəsi kimi ağır çəkili bu adları daşıyanlar qoca bir tərbiyəsizin niyə, öhdəsindən gəlmir? Niyə, qarşılaşdıqda o, araq qoxan ağızın üstündən bir "sillə" vurulmur? Maraqlı suallardır, elə deyilmi?


Belə çıxır ki, həmin şəxslər Azərbaycan adından öz məqsədlərinə çatmaq üçün istifadə edirlər. Məhz bu rəhbərlər - Abbas Abbasov, Söyün Sadıqov Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Dumanın tribunasından Azərbaycan xalqı barəsində səsləndirdiyi küfrə etinasız yanaşmazdılar.

Təəssüf olunası bir haldır ki, çıxışlarında daim Azərbaycanı, bu yurdun insanını aşağılayan yəhudi mənşəli bu rus "ayı"sı Rusiyada yaşayan Azərbaycan diasporunun fəalları kimi özlərini təqdim edən bu və adını çəkmədiyim digər şəxslər tərəfindən bir dəfə də olsun susdurulmayıb. Onun yaşadığı, işlədiyi və hətta deputatı olduğu Dövlət Dumasının binası qarşısında etiraz səslərini ucaltmayıblar.

Az qala Bakıda küləyin bir qədər "sərt" əsməsində narahat görünən, hətta hüquq müdafiəçisi, ədalət carçısı kimi reaksiya verən sizlər niyə, böyrünüzdə millətinizin ünvanına söylənən bu təhqirləri qulaqardına vurursunuz?

Məgər, V. Jirinovski düz deyir, ey Moskvada oturub, bizim "taleyimizi" düşünən "soydaş"lar? Məncə, bu şərəfdən xali kəsin - Jirinovskinin təbirincə desək, köksüz deylik. Bir düşünün. Əks təqdirdə sizin əməlinizin bir adı var - qorxaqlıq.

Ramil Məmmədli
AzNews.az