Paytaxtda partlayıcı qurğu tapıldı

Bakının mərkəzində partlayıcı qurğu tapılıb. AzNews.az-ın Fövqəladə Hallar Nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, "112" qaynar telefon xəttinə daxilolmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonu , Azadlıq prospekti 144 ünvanında partlayıcı qurğu aşkarlanıb.

Dərhal nazirliyin mütəxəssisləri və müvafiq xilasetmə qüvvələri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri hadisə yerinə baxış keçirən zaman bir ədəd istifadəyə yararsız "F-1" markalı əl qumbarası aşkar edib və aidiyyəti üzrə təhvil veriblər.Həmçinin hüquq mühafizə orqanlarının əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

AzNews.az