Qorbaçov həbs oluna bilər- prokurorluğa müraciət

Rusiya Dövlət Dumasının deputatları SSRİ-nin dağılmasının qeyri-qanuniliyinin tanınmasını tələb edirlər.

AzNews.az-ın məlumatına görə, deputatlar təklif edib ki, İttifaqın dağılması prosesi və bu zaman SSRİ prezidenti olmuş Mixael Qorbaçovun fəaliyyəti araşdırılsın.

Məlumatda o da qeyd olunub ki, M. Qorbaçovun əməlində qanunsuzluq
aşkar olunarsa, SSRİ prezidenti barədə cinayət işi qaldırıla bilər. Parlament üzvləri İttifaqın həmin dövrdə rəhbərliyində təmsil olunan şəxslərin fəaliyyətinin də araşdırılmasını tələb ediblər. Artıq bir qrup deputat bununla bağlı Rusiya Federasiyası Baş prokuroru Yuriy Çaykaya SSRİ-nin süqutu dövrünün araşdırılması ilə bağlı müraciət ünvanlayıblar.
Müraciətdə bildirilib ki, SSRİ-nin ləğvi ilə bağlı 1991-ci ildə keçirilən referendumda ölkə vətəndaşları İttifaqın qalmasının leyihinə səs verdikləri halda, ölkə rəhbərliyi qanunazidd hərəkət edərək, dövlətin dağlmasına səbəb olan addım atıblar. Bununla da SSRİ süquta uğrayıb. Deputatlar onu da vurğulayıblar ki, bu tip cinayətlərin araşdırıması hər zaman mümkündür. M. Qorbaçovun isə cinayətdən yayınmaqla bağlı statusu yoxdur.

Əhməd
AzNews.az