Tezliklə Bakıda metro tikintisində yeni üsulun tətbiqinə başlanacaq Tezliklə Bakıda metro tikintisində yeni üsulun tətbiqinə başlanacaq

“Memar Əcəmi-2” stansiyasında yeni üsul

Tezliklə Bakıda metro tikintisində yeni üsulun tətbiqinə başlanacaq



Bakı Metropoliteninin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, həmin üsululn ilk nümunəsini Bənövşəyi xəttin - şərti adı "Memar Əcəmi-2" olan stansiyasında əyani görmək olar. İnşaatçılar xəttin ikinci stansiyasının tikintisində həlledici mərhələyə qədəm qoyacaqlar.

Qazma maşınlarından biri "Herrenknext" stansiya ərazisini tərk edərək, növbəti — Ceyhun Səlimov küçəsində, hərbi hospitalın yaxınlığında yerləşən dayanacağına üz tutub. Həmin istiqamətdə ikinci tunelin də qazıntısının başlanması üçün digər tunelqazma kompleksi də "Memar Əcəmi-2" stansiyasının altından keçməlidir.

Buna görə də, avqustun birinci yarısında olduğu kimi, "20 Yanvar-Dərnəgül" istiqamətində olan stansiyalar müvəqqəti bağlanmalıdır. İnşaat işlərini sərnişinlərin təhlükəsizliyini təmin etməklə risksiz yerinə yetirmək üçün vacib addımdır. Yaxın günlərdə həmin istiqamətdə "Robins" tunelqazma kompleksi keçəcək. Bundan sonra stansiyanın inşaatçılarına geniş meydan veriləcək.

İlkin
AzNews.az