İlham Əliyev sabiq prezidentləri qəbul etdi

Azərbaycan Prezidenti İlham Əliyev aprelin 28-də Ukraynanın keçmiş Prezidenti Viktor Yuşşenkonu qəbul edib.

Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun önəmi qeyd olundu, Forumun regional və beynəlxalq əməkdaşlığın genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə edilib. Prezident İlham Əliyev bu gün, həmçinin Gürcüstanın keçmiş Prezidenti Mixeil Saakaşvilini qəbul edib.

Görüşdə Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunda müzakirə edilən məsələlərin əhəmiyyətindən danışıldı, Forumun ölkələr arası əməkdaşlığın inkişafındakı rolu vurğulanıb.

AzNews.az