Ramil Səfərovu yüksək vəzifə də gözləyir – Eksklüziv

Onun hərbi məktəbdə yüksək çinli pedaqoq olacağı gözlənilir
AzNews.az bu gün Ramil Səfərovun müdafiə naziri Səfər Əbiyevlə görüşəcəyini və bu görüşdə ona yüksək hərbi rütbənin veriləcəyi ilə bağlı verdiyi xəbər vermişdi. Az keçmədən məlumat özünü doğrultdu və Ramil Səfərova mayor rütbəsi verildi. Əlimizdə doğruluğundan əmin olduğumuz daha bir məlumat var.

Ramil Səfərova yeni hərbi rütbə ilə yanaşı, yeni vəzifə də veriləcək. Bu Zığ qəsəbəsində yerləşən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yüksək vəzifələrdən biridir. Buna səbəb isə Ramilin birbaşa hərbi cəbhə xəttinə və korpuslara göndərilməsinin faktiki qeyri-mümkün olmasıdır.

Cənab mayorun xaricdə aldığı yüksək ali hərbi təhsili onun pedaqoq kimi fəaliyyət göstərməsinə və gələcəkdə yüksək ixtisaslı, vətənpərvər hərbi kadrların hazırlanmasına tamamilə imkan verir.

AzNews.az