"Ramil Səfərovun qaytarılması ilə Azərbaycanla Macarıstanın iqtisadi əməkdaşlığı arasında heç bir əlaqə yoxdur" "Ramil Səfərovun qaytarılması ilə Azərbaycanla Macarıstanın iqtisadi əməkdaşlığı arasında heç bir əlaqə yoxdur"

Macarıstan hökuməti iqtisadi iddiaları təkzib etdi

"Ramil Səfərovun qaytarılması ilə Azərbaycanla Macarıstanın iqtisadi əməkdaşlığı arasında heç bir əlaqə yoxdur"



"Azərbaycan zabiti Ramil Səfərovun təhvil verilməsi ilə Azərbaycanla Macarıstanın iqtisadi əməkdaşlığı arasında heç bir əlaqə yoxdur". APA-nın xəbərinə görə, bunu Macarıstan baş nazir aparatının xarici və xarici iqtisadi fəaliyyət üzrə dövlət katibi Peter Siyarto (Peter Szijjarto) deyib. O bildirib ki, R. Səfərovun Azərbaycana verilməsi məsələsi Macarıstanın baş naziri Viktor Orbanın iyunun sonunda Azərbaycana səfəri zamanı müzakirə olunub.

P. Siyarto Macarıstan hökumətinin məhkumların təhvil verilməsinə dair 1983-cü ildə imzalanmış beynəlxalq Strasburq Konvensiyasına uyğun hərəkət etdiyini söyləyib. O qeyd edib ki, bu, adi beynəlxalq-hüquqi prosesdir və Macarıstan il ərzində orta hesabla 10-12 nəfəri ekstradisiya edir.

R. Səfərovun təhvil verilməsinin Azərbaycanın Macarıstan iqtisadiyyatına 2-3 milyard dollar sərmayə qoyacağı haqda vədinin nəticəsi kimi qiymətləndirilməsini şərh edən P. Siyartonun sözlərinə görə, bu iddianı irəli sürənlər parlaq təxəyyülə malikdir, lakin fakt bundan ibarətdir ki, iqtisadi əməkdaşlığın beynəlxalq məhkəmə işlərinə hər hansı təsiri yoxdur.

AzNews.az