Oqtay Gülalıyev: “KXCP Milli Şuradan çıxmayıb”

"Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Milli Şuradan istefa verməyib".

Bunu AzNews.az-a açıqlamasında Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülaliyev deyib. Onun sözlərinə görə, istər KXCP, isrərsə də də M. Mirəlioğlu Milli Şurada fəaliyyətini davam etdirir: "Sadəcə, sessiya günü bir məsələ ətrafında fikir ayrılığı yaranmışdı. Həmin fikir ayrılığı aradan qaldırıldı. Milli Şura demokratik bir təşkilatdır. Fikir ayrılığı aradan qalxandan sonra Milli Şuradan getməyə heç bir problem qalmadı".

O. Gülaliyev onu da bildirib ki, Milli Şuranın mayın 3-də keçirilən sessiyası sona kimi öz işini davam etdirib: "Sessiya yarımçıq qalmayıb. Yaxın günlərdə isə planlaşdırılan bütün tədbirləri həyata keçirəcəyik".

Məsələ ilə əlaqədar KXCP sədri Mirmahmud Mirəlioğlunun da münasibətini almaq istədik.

Partiya sədri sualımızı eşidəndən sonra bu cavabla kifayətləndi: "Təşəkür edirəm, sağ olun".

Qeyd edək ki, mayın 3-də Milli Şuranın sessiyası keçirilib. Sessiya başlayan anlarda KXCP sədri M. Mirəlioğlu Milli Şuradan çıxdığını bəyan edib.

Bahar Rüstəmli
AzNews.az