Mehriban Əliyeva Najat Vallo-Belkasem ilə görüşdü

Bu gün Heydər Əliyev Mərkəzində Azərbaycanın birinci xanımı, Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyeva Fransanın qadın hüquqları, şəhər, gənclər və idman naziri Najat Vallo-Belkasem ilə görüşüb.


Görüşdə Azərbaycan ilə Fransa arasında qadın hüquqları, ailə məsələləri, gənclər və idman sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Söhbət zamanı, həmçinin 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunları ilə bağlı Azərbaycan və Fransa arasında mümkün əməkdaşlıq layihələri müzakirə olunub.

AzNews.az