YAP namizədlərini müəyyənləşdirir - Açıqlama

YAP 500-dən çox rayon, şəhər təşkilatlarında bələdiyyə seçkilərində iştirak üçün namizədlərin müəyyənləşdirir.

Bunu AzNews.az-a Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirib. Onun sözlərinə görə, 5 il müddətində YAP tərəfindən seçilmiş insanların və o cümlədən növbəti seçkilərdə iştirak etmək istəyən insanlar arasında seçim başlanıb. YAP rəsmisi vurğulayıb ki, təhlil başa çatdıqdan sonra müəyyən olacaq ki, onlardan kimin növbəti namizədliyi irəli sürüləcək, neçə faiz iştirak etməyəcək və yaxud nə qədər insan yeniləri ilə əvəzlənəcək: "Bütün YAP mərkəzi aparatının işçiləri başda olmaqla hər kəs bu işlə məşğuldur. Hesab edirik ki, builki bələdiyyə seçkilərində də hakim partiya uğurlu qələbə qazanacaq".

Amid
AzNews.az