Öldürülmüş dinc sakinlərin, körpə, uşaq və qadınların cəsədlərini də təhqir edən bu batalyonun üzvləri “qəhrəman” kimi təqdim edilir Öldürülmüş dinc sakinlərin, körpə, uşaq və qadınların cəsədlərini də təhqir edən bu batalyonun üzvləri “qəhrəman” kimi təqdim edilir

Xocalı cəlladı “Arabo”nu ermənilər qəhrəman elan etdi - Fotolar

Öldürülmüş dinc sakinlərin, körpə, uşaq və qadınların cəsədlərini də təhqir edən bu batalyonun üzvləri “qəhrəman” kimi təqdim edilir



Erməni rejissoru Ruben Ovannisyan Qarabağda azərbaycanlılara qarşı cinayətlərdə adı daha çox hallanan, Xocalıda dinc sakinlərə qarşı amansız cinayətlər törətmiş "Arabo" silahlı dəstəsinin üzvləri barədə sənədli film çəkib. Dəstə üzvü Hamlet Qalstyan haqqındakı sənədli filmdə erməni canilərinin cinayətləri "qəhrəmanlıq" kimi təqdim edilir. Qeyd edək ki, film erməni silahlıları barədə ekranlaşdırılan ilk sənədli filmdir.

"Döyüşü qəbul edirik" adlı sənədli filminin rejissoru Qarabağın ermənilər tərəfindən işğal edilməsində iştirak edib. R.Ovannisyan dəstə üzvü Hamlet Qalstyanın öldürülməsindən yarım saat əvvəl onun son kadrlarını lentə aldığını və daha sonra ailəsinə verdiyini bildirib.
Məlumat üçün bildirək ki, "Arabo" batalyonu Suriya və Livandan gətirilmiş muzdlulardan təşkil olunub. Erməni terror təşkilatı olan ASALA-nın düşərgələrində döyüş hazırlığı keçmiş 200-dən çox ermənini birləşdirib.

Onu da bildirək ki, 1991-ci ildən döyüşlərdə iştirak edən batalyonun adı əsrin ötən əsrdə türklərə qarşı terror aksiyaları törətmək məqsədilə yaradılan dəstənin adından götürülüb. "Arabo" batalyonu 1992-ci ilin fevralında Xocavənd rayonunun Qaradağlı kəndində törədilən, 117 nəfəri öldürüldüyü, 119 nəfərin əsir götürüldüyü soyqırımın iştirakçısı olub. Batalyon bundan sonra 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda soyqırım törədib. Öldürülmüş dinc sakinlərin, körpə, uşaq və qadınların cəsədlərini də təhqir edənlər də bu batalyonun üzvləri olub. Batalyon 1992-ci ilin iyununda Əsgəran yaxınlığında darmadağın edilib.

Erməni mənbələri batalyonun 4 min azərbaycanlı döyüşçü tərəfindən mühasirəyə alınaraq məhv edildiyini bildirsə də, sonradan internetdə yayılan video-kadrlar bu məlumatların yalan olduğunu ortaya çıxarıb. Məlum olub ki, erməni muzdluları "Gəncə batalyonu" kimi tanınan 150 nəfərlik könüllü birləşmə ilə döyüşdə məhv edilib. Döyüş Ağdərə rayonunun Həsənqaya kəndi yaxınlığında baş verib.

E.Əlosmanqızı
AzNews.az
image description image description image description image description