Makedoniyadan Qarabağ ermənilərinə dəvət

Makedoniyanın Struqa şəhərində keçirilən beynəlxalq şeir festivalında qondarma "DQR" təmsilçiləri də iştirak edib. "Regnum" informasiya agentliyinin yaydığı məlumata görə, qondarma qurumun təmsilçilər ilk dəfə bu beynəlxalq tədbirin iştirakçısı olublar. Vardan Akopyan və Qrant Aleksanyan adlı 2 şair festivalda şeirlərini səsləndirməklə yanaşı, "Poeziya və kommunikasiyanın meüasir üsulları" mövzusunda konfransda da çıxış ediblər.

Makedoniyadan 10 şairin iştirak etdiyi festivala dünyanın 30 ölkəsindən 70 şair qatılıb. Erməni şairləri bu festivalın mədəni əlaqələrin genişləndirilməsindəki rolunu yüksək qiymətləndiriblər.
Qeyd edək ki, Makedoniya rəsmi səviyyələrdə Azərbaycanını ərazi bütövlüyünü dəstəklədiyini dəfələrlə bəyan etdiyindən qondarma "QDR"in təmsilçilərinin tədbirə hansı şəraitdə dəvət edilməsi maraq doğurur.

E.Əlosmanqızı
AzNews.az