Rasmussen: “Səfərovun Azərbaycana verilməsi beynəlxalq qanunlara uyğun şəkildə həyata keçirilib” Rasmussen: “Səfərovun Azərbaycana verilməsi beynəlxalq qanunlara uyğun şəkildə həyata keçirilib”

Rasmussen erməniləri Ermənistanda məyus etdi

Rasmussen: “Səfərovun Azərbaycana verilməsi beynəlxalq qanunlara uyğun şəkildə həyata keçirilib”


Ermənistanda səfərdə olan NATO Baş Katibi Anders foq Rasmussen erməni tələbələr qarşısında çıxış edib. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, İrəvan Dövlət Univesitetində tələbələr qarşısına çıxan Rasmussen bildirib ki, onun rəhbərlik etdiyi təşkilat Ramil Səfərovun azad edilməsindən narahatdır.

"Ramil Səfərovun azad edilməsi regionda sülh yaranmasına xidmət etməyən addımdır". O, həmçinin qeyd edib ki, Macarıstan və ya NATO bir şəxs tərəfindən törədilən cinayətə görə məsuliyyət daşımır.

O ki qaldı ekstradisiya məsələsinə NATO baş katibi bildirib ki, Səfərovun Azərbaycana verilməsi beynəlxalq qanunlara uyğun şəkildə həyata keçirilib. O, erməni tələbələrə təsəlli verərək onların hisslərini başa düşdüyünü də qeyd etməyi unutmayıb.

Sadiq
AzNews.az