Slovakiyada türk səfirlə bağlı qalmaqal

Avropa erməni ittifaqları forumunun və Slavakiyanın erməni icmasının rəhbəri Aşot Qriqoryanın bu ölkədəki Türkiyə səfiri ilə bağlı Baş Prokururluğa müraciəti cavablandırılıb.

Qeyd edək ki, A.Qriqoryan səfir Gülxan Ulutekinin Slovakiya Cinayət Məcəlləsinin 424-cü maddəsinə əsasən cəzalandırılmasını tələb etmişdi. Sözügedən maddə qondarma "erməni soyqırımının" inkar edilməsi müqabilində 5 il azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.

Bu ilin mayında mətbuata müsahibəsində qondarma "soyqırım" iddiaları ilə bağlı sualı cavablandıran səfir "1915-ci il hadisələrini soyqırım adlandırmaq ciddi və şübhəlidir. Soyqırım ciddi anlayışdır, bu sahədə hər bir fikir dəqiq və tam analiz tələb edir" deyə vurğulayıb. Səfir hadisələr zamanı çox sayda türkün öldüyünü bildirməklə də ermənilərin hiddətinə səbəb olub.
Slovakiya Prokurorluğunun təlimatına əsasən baş verən hadisəni araşdıran polis belə nəticəyə gəlib ki, səfir suala ehtiyatlı, diplomatik dillə cavab verərək soyqırım faktini şübhə altına almayıb. Beləliklə də Slovakiya qanunvericiliyinə uyğun olaraq səfirin cinayət törətmədiyi vurğulanıb.

Lakin bu cavabı ermənilər məmnun qarşılayıblar. Erməni təşkilatı belə hesab edib ki, beləliklə də G.Ulutek Türkiyənin qondarma "erməni soyqırımını" inkar etməyən ilk səfiri olub.

E.Əlosmanqızı
AzNews.az