- Köhnə - Siyasət
- 11 Sentyabr 2012 16:36
- 3 544
Ərdoğandan Haşimiyə yaşıl işıq
“İraqın sabiq vitse-prezidenti ölkəmizdə nə qədər istəsə qala bilər”
Barəsində İraq məhkəməsi tərəfindən ölüm hökmü çıxarılmış vitse-prezident Tariq Əl-Haşiminin İraqa ekstradisiyası ilə bağlı baş nazir Rəcəp Tayyib Ərdoğan açıqlama verib.
AzNews.az-ın hurriyetdailynews.com saytına istinadən verdiyi xəbərə görə, Ərdoğan "biz onu ürəyi istədiyi qədər ölkəmizdə qonaq edə bilərik" deyib.
Xatırladaq ki, məhkəmə tərəfindən ölüm hökmünə məhkum edilmiş Sünni vitse-prezident Haşəmi demişdi ki, bu, sırf siyasi qərardır. O, əsl ədalət önünə çıxmaqdan çəkinmir.
Sadiq
AzNews.az