AzNews.az Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Publika.az-a müsahibəsinı təqdim edir: AzNews.az Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Publika.az-a müsahibəsinı təqdim edir:

Komitə sədri Abbas Abbasovu xəyanətdə suçladı

AzNews.az Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovun Publika.az-a müsahibəsinı təqdim edir:


– Son vaxtlar Ukraynada bir sıra diaspora nümayəndəmizə qarşı hücumlar olub. Hətta onlar arasında ölənlər də var. Bəzi dairələr bütün bu hadisələri Azərbaycan diasporunun zəifliyi kimi təqdim etməyə çalışır. Sizin bu məsələyə fikriniz necədir?

– Kimlərsə Ukraynada baş verən hadisələri Azərbaycan diasporunun zəifliyi kimi dəyərləndirirsə, bu cür adamların siyasətdən ümumiyyətlə anlayışı yoxdur. Mən başa düşə bilmirəm ki, bu cür düşünənlər nə ilə məşğul olur? Bu cür yazı yazan jurnalistlərin isə vəziyyəti daha dərindən öyrənməsinə və təhlil etməsinə ehtiyac var. Azərbaycan diasporu bu cür məsələlərdə hələ ki söz sahibi olmasa da, ancaq Ukraynada diasporumuzun fəaliyyəti kifayət qədər güclüdür. Təbii ki, əgər Ukrayna ərazi bütövlüyünə qarşı təxribatlarla üzləşirsə, o zaman bu ölkənin vətəndaşları olan soydaşlarımız, o cümlədən Azərbaycan diasporu dövlətin yanında olur. Bunu Ukraynadakı diaspora nümayəndələrimiz də zaman-zaman bəyan ediblər.

Azərbaycan Respublikası Prezidenti, Cənab İlham Əliyevin dünya azərbaycanlılarına göstərdiyi bir istiqamət var ki, bundan sonra dünyada yaşayan soydaşlarımız müdafiə xarakterli taktikanı hücum taktikası ilə əvəz etməlidir. Azərbaycan dövləti dünyada yaşayan hər bir soydaşımızın arxasında dayanır. Ona görə dünyada olan azərbaycanlılar diaspor fəaliyyətini daha da gücləndiriblər. Artıq dünyanın bir çox ölkələrində Azərbaycan diasporunun gücü və fəaliyyəti göz qabağındadır. İndi əgər kimlərsə ayrı-ayrı ölkələrdə baş verən prosesləri Azərbaycan diasporunun fəaliyyəti ilə bağlamaq istəyirsə, bu çox böyük naşılıq əlamətidir. Mən buna başqa cür də qiymət verə bilmərəm. Azərbaycan diasporunun zəifliyini düşünənlər siyasətdən anlayışı olmayan insanlardır. Onların bu fəaliyyəti isə Azərbaycan diasporuna qara yaxmaq, neqativ yazılarla soydaşlarımızı həvəsdən salmaq və digər bu kimi məqsədlər güdür.


Təbii ki, bu cür hərəkətlərin qarşısını da Azərbaycanın sağlam düşünən insanları, KİV nümayəndələri və sairə qəti şəkildə almalıdır. Azərbaycan diasporu üzvlərindən bu kimi nəyisə tələb etmək doğru deyil.


– Siz vaxtilə Ukraynada səfir kimi də fəaliyyət göstərmisiniz. Daha yaxşı bilərsiniz. Hazırda bu ölkədə Azərbaycan diasporunun fəaliyyəti nə qədər qənaətbəxşdir?

– Əlbəttə, Azərbaycanın Ukraynadakı diasporu ən fəal diasporlardan biridir. Təşkilatlanmaya görə ilk sıralarda dayananlardandır. Fəaliyyətləri də hər zaman yüksək dəyərləndirilir. İndi də Ukraynadakı diasporumuzun fəaliyyəti bütün istiqamətlərdə genişdir.

Müxtəlif fikirli insanlar olur. Yəni, onların hadisələrə baxışı fərqli olur və 500 min soydaşımızın yaşadığı yerdə bu, təbii hal hesab olunur. Amma bu insanların hamısının Azərbaycan dövlətçiliyinə olan mövqeyi eynidir. Onların hər biri Azərbaycan dövləti ətrafında birləşib. Yəni hər kəs Azərbaycanla bağlı məsələlərdə həmrəydirlər.
Mənim Azərbaycan hökumətinin üzvü olaraq Ukraynanın daxili işlərinə qarışmaq fikrim yoxdur.


– Ukraynadakı hadisələrdə zərər çəkən soydaşlarımızın və onların ailələrinin vəziyyəti ilə maraqlanırsınız?

– Əlbəttə ki, bu məsələ daim diqqətdə saxlanılır. Bilirsininiz ki, Ukraynanın Şərqində xeyli azərbaycanlı ailələr yaşayır. Onların arasında çoxsaylı Azərbaycan diaspor təşkilatları da mövcuddur.
Ukraynada müharibə və xaos şəraiti yaranıb. Əlbəttə ki, bu cür vəziyyətdə zərər çəkmiş azərbaycanlı insanların da olması gözləniləndir. Bütün bunların hamısı böyük bir xaosdan əmələ gələn nəticələrdir. Ona görə də burada bizim tam formada atacağımız hər hansı addımlar yoxdur.


– Gürcüstandakı soydaşlarımızın indiki hökumətlə vəziyyəti necədir?

– Hesab edirəm ki, nə indi, nə də keçmişdə Gürcüstanda yaşayan azərbaycanlılarla hökumət arasında ciddi problem olmayıb. Zaman-zaman elə qüvvələr olub ki, iki xalq və dövlət arasında müəyyən nifaq yaratsınlar və sairə. Amma azərbaycanlılar Gürcüstanda ictimai işlərdə kifayət qədər fəaldırlar və dövlətin siyasətini də dərindən bilirlər. Azərbaycanın da onlara qarşı olan qayğısını yaxşı başa düşürlər. Soydaşlarımız Azərbaycan və Gürcüstan dövlətləri arasında olan münasibətlərin də nə dərəcədə inkişaf etməsindən xəbərdardırlar. İndi soydaşlarımız Gürcüstan dövlətinin inkişafında xüsusi rol oynayır. Ona görə də inanmıram ki, Gürcüstanda azərbaycanlıları kimsə təxribata çəkə bilsin. Ümumiyyətlə, Gürcüstanın sosial problemləri daxilində azərbaycanlıların da sosial problemləri var. Amma bu ümumi dövlətin problemidir, orada yaşayana azərbaycanlıların problemi deyil. Azərbaycan dövləti də hər zaman azərbaycanlılar yaşayan bölgələrə investisiya vəsaitləri yatırır. Bu isə azərbaycanlıların problemlərinin həllinə müəyyən mənada kömək edir.

Azərbaycanın ictimai və dövlət təşkilatlarını, xüsusilə də Heydər Əliyev Fondunun Gürcüstandakı fəaliyyətini dəyərləndirmək lazımdır. Azərbaycanın Gürcüstanda yaşayan soydaşlarımıza bu kimi yardımlar bundan sonra da davam etdiriləcək.


– Rusiya Azərbaycanlıları Federal Milli-Mədəni Muxtariyyətinin (AzerRos) fəaliyyətini necə qiymətləndirirsiniz?

– Bu quruma rəhbərlik edən Abbas Abbasovun fəaliyyətinin bütün çalarları artıq göz qabağındadır. Mən hər zaman demişəm ki, söylədiyin fikirlərlə öz mövqeyini tam formada ortaya qoymalısan, dediyin sözlərlə əməllərin uyğun gəlməlidir və sairə. Mən bu fikirləri indi yenə söyləyirəm. Əlbəttə, xoşagəlməyən haldır ki, Azərbaycan hökumətinin üzvü olan, Azərbaycan hökumətində formalaşmış bir adam indi də gedib Rusiyada Azərbaycan əleyhinə iş aparsın. Bu, yaxşı hərəkət deyil. Faktiki olaraq indi də əgər Abbas Abbasovun bu cür əməlləri varsa, o zaman o, bu əməlindən geri çəkilməlidir.

AzNews.az