- Köhnə - Siyasət
- 26 Avqust 2014 15:04
- 4 301
Türkiyə hökümətində neçə erməni əsilli nazir və deputat var? -FOTO
Türkiyə həftəsi münasibətilə Parisdə keçirilən TÜSİAD toplantısına qatılan nazir Kürşad Tüzmen "Erməni soyqırımı" haqqında bu cür deyib: "Biz ermənilər barəsində uşaqlarımıza heç vaxt onların pis bir millət olduğunu demirik. Uşaqlarımızın analarımızdan, atalarımızdan və babalarımızdan gördüyümüz şəkildə barış tərəfdarı olmasını təmin etməyə çalışırıq".
O həmçinin deyib ki, Nazirlər Kabinetinə nəzər yetirilsə orada erməni əsilli 2 nazir olduğu aydın görülər: "Soyqırımı kimi bir hadisə olsa onsuzda burada bu nazirlərin davamlılığından söhbət belə gedə bilməz. Qaldı ki biz, erməniləri "Millət-i sadiə" olaraq adlandırmışıq. Yəni, sadiq millət anlamında. Ermənilər, Osmanlı illərindən bəri dövlətin hər qədəmində çalışıblar" – deyə o bildirib.
Tüzmen kabinetdə olan 2 nazir haqqında ətraflı məlumat verməyib.
Onun açıqlamasına görə, Fransada və dünyanın bir çox ölkəsində ermənilər tərəfindən edilən lobbi fəaliyyətlərində "Erməni soyqırımı yoxdur" demək günah halına gətirilərkən, Türkiyə Cümhuriyyətində erməni əsilli 2 vətəndaşımız Nazirlər Kabinetində nazir olaraq vəzifədə çalışır.
AzNews.az