Arif Hacılı Müsavat başqanlığına namizəd olmağa tələsmir – Açıqlama

Müsavat Partiyasının başqanı postuna iddialı şəxslərdən sayılan qurumun Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı qeydiyyat prosesinə start verilməsinə baxmayaraq, namizədliyini rəsmiləşdirməyib.



AzNews.az-a açıqlama verən A. Hacılı deyib ki, seçki kampaniyası ilə bağlı məsələlər hələ müzakirə olunur.

A. Hacılı namizədliyinin birmənalı olaraq, nə zaman irəli sürüləcəyi haqda məlumat verməyib: "Gələn həftə Müsavat Partiyası başqanlığına namizədliyimin rəsmi olaraq irəli sürəcəyim istisna deyil".

O, namizədliyinin irəli sürüləcəyi tarixi də açıqlamayıb.

Bahar Rüstəmli
AzNews.az