Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəklədi - Açıqlama

Azərbaycan Ukraynanın ərazi bütövlüyünün dəstəkləyir.


Anspress-in məlumatına görə, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli deyib. O bildirib ki, Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü və Ukrayna tərəfiylə ikitərəfli münasibətlərin inkişafını dəstəkləyir.

"Azərbaycan həmişə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirdi. BMT-nin Baş Assambleyasında da biz Ukraynanın ərazi bütövlüyünü dəstəklədik. Biz istəyirik ki, Ukrayna mümkün qədər tez öz ərazi bütövlüyünü bərpa etsin", - deyə səfir deyib.

Eynulla Mədətli həmçinin vurğulayıb ki, Azərbaycan hökuməti Ukrayna ilə ikitərəfli münasibətlərin inkişafına əhəmiyyətli diqqət ayırır.

AzNews.az