Milli Şuradan Mirmahmud Mirəlioğlu ilə bağlı – AÇIQLAMA

Məlum olduğu ki, Milli Şuranın dünənki sessiyasında Klassik Xalq Çəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu qatılmayıb.


Bəzi üzvlər bunun səbəbini M.Mirəlioğlunun Milli Şuradan ayrılması ilə əlaqələndirir. Milli Şuranın mətbuat xidmətinin rəhbəri Oqtay Gülalıyev isə AzNews.az-a açıqlamasında bildirdi ki, KXCP-nın sədri M.Mirəlioğlunun bu qurumdan ayrılması ilə əlaqədar rəsmi ərizəsi yoxdur: "Milli Şurada könüllülük prinsipi ilə təmsil olunurlar. Mirmahmud ağanın Milli Şuradan ayrılması ilə bağlı heç bir müraciət yoxdur. O, Milli Şuranın dəyərli üzvlərindən biridir. Sayğılı bir insandır. Hesab edirəm ki, fəaliyyətini davam etdirəcək. Ssesiyaya qatılmamaq hələ o demək deyil ki, Mirmahmud bəy fəaliyyətini dayandırıb. Ola bilər ki, Mirmahmud bəyin müəyyən işi çıxıb".

O.Gülalıyev onu da əlavə etdi ki, Mirmahmud Mirəlioğlu ömrü boyu müxalifətin bir arada olması modelinə çalışıb: "Biz də müxalifətin bir arada olması modelini Milli Şurada görürük. Ağanın da Milli Şuranın qurulmasında böyük xidmətləri olub. İnanırıq ki, Milli Şuranın qorunub saxlanmasında Mirmahmud ağa öz töhfələrini verib və verəcək ".

Bahar Rüstəmli
AzNews.az