Müsavat qurultaya Əmircana gedir - Razılıq

“Səttar Bəhlulzadə adına Mədəniyyət Evinin rəhbərliyi ilə müqavilə bağlanması haqqında şərtlərin müəyyənləşdirilməsi razılaşdırıldı”.



Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının başqan müavini Gülağa Aslanlı bildirib.
Onun sözlərinə görə, Qurultaya Hazırlıq Üzrə Təşkilat Komitəsinin iclasında qərara alınıb ki, şadlıq saraylarıyla da danışıqlar davam etdirilsin: "Qərara alındı ki, şadlıq sarayları ilə danışıqlar davam etdirilsin. Əgər uyğun variantlar olsa, yenidən bu məsələyə baxılacaq".

Qeyd edək ki, Müsavat Partiyası özünün növbəti qurultayını sentyabrın 27-ə təyin edib.
Qurultayın keçirilməsi üçün Bakı Şəhəri İcra Hakimiyyəti onlara Əmircanda yerləşən Səttar Bəhlulzadə adına Mədəniyyət Evini təklif edib.

Bahar Rüstəmli
AzNews.az