Eldar Namazov Eldəniz Quliyevin iradlarına cavab verdi

“BU, ÜZRLÜ SƏBƏBDƏN BAŞ VERDİ”



Məlum olduğu kimi, "EL" Hərəkatının Ali Məclis üzvü Eldəniz Quliyev təşkilatın sədri Eldar Namazovdan narazılığını dilə gətirib: "Eldar Namazov EL Hərəkatının özünün Ali Məclisinin sədrinin müdafiəsi yönündə fəaliyyətini qənaətbəxş hesab etmirəm. Təəssüf ki, belədir. Eldar Namazov məhkəmə prosesində iştirak eləmədi".

"EL" Hərəkatının sədri Eldar Namazov isə AzNews.az-a açıqlamasında E.Quliyevin məhkəmə prosesi ilə bağlı bəyanat verdiyini dedi: "Eldəniz Quliyevə qarşı təzyiqlərin qanunsuz olduğu haqda mənim bəyanatım olub. Son məhkəmə prosesləri zamanı mən xarici ölkələrin birində idim. Eldəniz bəy bu haqda öz müsahibəsində deyib. Əlavə edə bilərəm ki, mən xaricdə olanda onunla internet vasitəsi ilə əlaqə saxladım. Bu işlə bağlı bizim mövqeyimiz bəllidir. Yəqin o, mən məhkəmədə olmadığıma görə, narazı qalıb. Hər halda bu üzrlü səbəblərə görə baş verdi. Mən onunla maraqlanacam".

Bahar Rüstəmli
AzNews.az