RUSİYANIN QƏRBDƏN SONRA AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI GENIŞLƏNDIRIR RUSİYANIN QƏRBDƏN SONRA AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI GENIŞLƏNDIRIR

“Rusiya Azərbaycana mürəkkəb silah sistemlərinin satışına hazırdı”

RUSİYANIN QƏRBDƏN SONRA AZƏRBAYCANLA ƏMƏKDAŞLIĞI GENIŞLƏNDIRIR




Rusiya Qərb mallarının idxalına qadağa qoyduqdan sonra Azərbaycan kənd təsərrüfatı məhsullarının ixracı üçün geniş imkanlar yaranıb. AzNews.az-ın verdiyi xəbərə görə bunu Rusiya İctimai Palatasının üzvü və Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov "İTAR-TASS" agentliyində keçirdiyi mətbuat konfransında qeyd edib. O, bildirib ki, Azərbaycanla enerji, hərbi və texniki sahədə əməkdaşlıq hazırda ən önəmli məsələlərdəndir. Xəzər dənizində yataqlarda müştərək neft hasilatı layihələrindən də bəhs edən S. Markov deyib: "Azərbaycan dinamik inkişaf edən bir ölkəyə çevrilib. Bütün bunlar yeni əsaslar üzərində iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün imkanlar yaradır".

"Biz mürəkkəb silah sistemlərinin satışı da daxil olmaqla Azərbaycanla hərbi və texniki əməkdaşlığı genişləndirməyə hazırıq. Azərbaycan bütün bunları strateji tərəfdaş və dost xalq kimi qəbul edir"- deyə o, əlavə edib.

Qeyd edək ki, Rusiya Qərb sanksiyalarının tətbiqindən sonra ABŞ, Avropa Birliyinin 28 ölkəsi, Avstraliya, Kanada və Norveçdən ərzaq məhsullarının idxalını qadağan edib. Avqust ayında qəbul edilən bu qərar hələlik bir il müddətində qüvvədə olacaq. Rusiya Qərb ölkələri tərəfindən təcrid olunduqdan sonar Latın və Cənubi Amerika ölkələri, Orta Şərq və Asiya ölkələri ilə əməkdaşlıq üçün danışıqlara başlayıb.

Xəyalə Mahmudova