- Köhnə - Siyasət
- 24 Sentyabr 2014 09:35
- 3 770
Xarici işlər nazirləri görüşdü - Nyu-Yorkda

BMT Baş Assambleyasının sessiyası çərçivəsində Nyu-Yorkda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib.
AzNews.az xəbər verir ki, bu barədə Ermənistan XİN-in sözçüsü Tiqran Balayan öz "Twitter" səhifəsində məlumat yayıb. Görüşdə ATƏT-in Minsk Qrupunun həmsədrləri də iştirak edib.
XİN-in mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, görüşdə münaqişənin həlli istiqamətində aparılan danışıqlar davam etdirilmiş və prezidentlərin Parisdə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıq məsələləri müzakirə edilmişdir.