Olland Əliyevdən ermənilər üçün nə istədi?

Prezident İlham Əliyev fransalı həmkarı Fransua Ollandla görüşüb. AzNews.az-ın armenpress.am saytına istinadən verdiyi xəbərə görə, prezidentlər Qarabağ münaqişəsi və son zamanlar tərəflər arasında yaranan gərginliyi müzakirə ediblər. Erməni saytının iddiasına görə, Fransa prezidenti azərbaycanlı həmkarından Ermənistanla münasibətlərdə etimad mühiti yaratmağı istəyib.

Bundan əlavə, Fransa prezidenti bildirib ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar öz müsbət nəticəsini verəcək. Daha sonra isə ikitərəfli münasibətlərdə qarşılıqlı əhəmiyyət kəsb edən məsələlərin müzakirə olunduğu deyilir.

Qeyd edək ki, prezident İlham Əliyevin Fransa səfəri öncəsi Azərbaycan və Türk icması Ermənistan səfirliyi qarşısında, ermənilər isə Azərbaycan səfirliyi qarşısında aksiya keçiriblər.

Sadiq
AzNews.az