Filip Qordon: "Qətlə görə mühakimə olunmuş şəxsin mükafatlandırılması Vaşinqtonu sarsıdıb və bu, regionda real təxribatdır" Filip Qordon: "Qətlə görə mühakimə olunmuş şəxsin mükafatlandırılması Vaşinqtonu sarsıdıb və bu, regionda real təxribatdır"

Vaşinqton niyə bu qədər narahatdır?

Filip Qordon: "Qətlə görə mühakimə olunmuş şəxsin mükafatlandırılması Vaşinqtonu sarsıdıb və bu, regionda real təxribatdır"



"Bakı və Budapeştin Azərbaycan zabiti Ramil Səfərovun azad edilməsi ilə bağlı acıqlamaları ABŞ rəsmilərini qane etmir". Dövlət katibinin müavini Filip Qordon "Azadlıq" radiosuna belə deyib. O qeyd edib ki, Vaşinqton Budapeştin Ramil Səfərovu Bakıya verməsi və Azərbaycan hökumətinin onu əfv etməsindən hələ də dərin narahatdır: "Qətlə görə mühakimə olunmuş şəxsin mükafatlandırılması Vaşinqtonu sarsıdıb və bu, regionda real təxribatdır".

Azərbaycan ordusunun baş leytenantı Ramil Səfərov 2004-cü ildə Macarıstan paytaxtı Budapeştdə erməni zabit Qurgen Markaryanı öldürməkdə təqsirli bilinərək tutulub. Məhkəmə Ramil Səfərovu ömürlük həbsə məhkum edib.

2012-ci il avqustun 31-də Ramil Səfərov Azərbaycana təhvil verilib. Elə həmin gün Azərbaycana gətirilən zabit prezident İlham Əliyevin sərəncamı ilə əfv olunub. Ona mayor hərbi rütbəsi, yeni mənzil və 2004-cü ildən bəri yığılıb qalan maaşı verilib. Ağ ev və ABŞ Dövlət Departamenti Ramil Səfərovun Azərbaycana verilməsi və əfv olunmasını pisləyib, həm Azərbaycandan, həm də Macarıstandan izahat istəyib.

Macarıstan və Azərbaycan rəsmiləri Ramil Səfərovla bağlı prosedurların "Məhkum olunmuş şəxslərin verilməsi haqqında" Avropa Konvensiyasına və yerli qanunlara uyğun həyata keçirildiyini bəyan ediblər.

AzNews.az