- Köhnə - Siyasət
- 24 Sentyabr 2012 10:08
- 6 065
Prezident Administrasiyasında dəyişiklik edildi

Dövlət başçısının imzaladığı sərəncamla Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin nəzdində Hüquqi xidmətlərin göstərilməsi məsələləri sektoru (ştat vahidi 3 nəfər) yaradılıb.
Başqa bir sərəncamla isə İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun adı dəyişdirilib. Həmin sektor bundan sonra Xarici kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları ilə iş sektoru adlanacaq.
AzNews.az