“Mən indiki məqamda yenidən qurultay keçirilməsinin tərəfdarı deyiləm və bunun texniki və siyasi baxımdan mümkün olmadığını düşünürəm”. “Mən indiki məqamda yenidən qurultay keçirilməsinin tərəfdarı deyiləm və bunun texniki və siyasi baxımdan mümkün olmadığını düşünürəm”.

“Arif Hacılının tərəfdarları qurultaya imkan verməz”

“Mən indiki məqamda yenidən qurultay keçirilməsinin tərəfdarı deyiləm və bunun texniki və siyasi baxımdan mümkün olmadığını düşünürəm”.



Bunu AzNews.az-a açıqlamasında Müsavat partiyasının üzvü Tural Abbaslı Qubad İbadoğlunun növbədənkənar qurultayla bağlı verdiyi bəyanata münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, istənilən halda nizamnaməyə əsasən növbədənkənar qurultay barədə son qərarı partiyanın Məclisi verməlidir: "Nəzərə alsaq ki, Məclisdə Arif Hacılının tərəfdarları üstünlük təşkil edir və deməli bu məsələnin imkansızlığı bir daha ortaya çıxır. Odur ki, indiki məqamda partiyadaxili barışığı və demokratiyanı təmin etmək üçün fraksiyanın yaradılması daha faydalı ola bilər".

Qeyd edək ki, dünən Müsavatdan narazılalıların İşçi Qrupunun növbəti iclası olub. İclasda partiya daxilində fraksiya yaradılması və növbədənkənar qurultayın çağırılması qərara alınıb.

Bahar RÜSTƏMLİ
AzNews.az