- Köhnə - Siyasət
- 26 Sentyabr 2012 13:16
- 4 631
Baş Prokurorluq videogörüntü barədə rəsmi məlumat yaydı
Videogörüntüdə əks olunan məlumatların araşdırılması barədə Zakir Qaralov şəxsən göstəriş verib
Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayev tərəfindən Milli Məclisin deputatı Gülər Əhmədova ilə bağlı kütləvi informasiya vasitələrində yayımlanmış videogörüntülərdə əks olunan məlumatların araşdırılması üçün Baş prokuror tərəfindən Bakı şəhər prokurorluğuna göstəriş verilib.
AzNews.az-a Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, müvafiq ekspertizalar keçirildikdən və digər zəruri prosessual araşdırmalar aparıldıqdan sonra Cinayət-Prosessual Məcəllənin 207-ci maddəsinin tələblərinə uyğun qərarın qəbul edilməsi təmin olunacaq.
Ədil
AzNews.az