Rusiyalı rəsmilər Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər. Rusiyalı rəsmilər Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.

Rusiyalı rəsmilər İlham Əliyevi təbrik etdilər

Rusiyalı rəsmilər Azərbaycan prezidenti İlham Əliyevi ad günü münasibətilə təbrik ediblər.



AzNews.az xəbər verir ki, təbrik məktublarında deyilir:

"Hörmətli İlham Heydər oğlu, "Qazprom" Açıq Səhmdar Cəmiyyətinin idarə heyəti adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə ürəkdən təbrik edirəm. Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə, Rusiyanın "Qazprom" Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Miller".

***

"Hörmətli İlham Heydər oğlu, MDB iştirakçısı olan Dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından doğum gününüz münasibətilə təbriklərimizi qəbul edin. Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə dövlətçiliyin və suverenliyin möhkəmlənməsi, davamlı iqtisadi, siyasi, sosial inkişaf yolunda qətiyyətlə və inamla irəliləyir. Sizə - görkəmli siyasi və dövlət xadiminə möhkəm cansağlığı, ailə səadəti, Azərbaycan Respublikasının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

Hörmətlə, MDB Parlamentlərarası Assambleyası Şurasının Baş katibi Aleksey Sergeyev".

***

"Çox hörmətli İlham Heydər oğlu, Sizi doğum gününüz münasibətilə səmimi sevinc və dərin hörmətlə təbrik edirəm.

Heç şübhəsiz ki, Siz çox zəngin həyat təcrübəniz, fəal xarakteriniz, qurucu enerjiniz və dünyaya açıqlığınız sayəsində layiqli dövlət başçısı və Rusiya ilə Azərbaycan arasında mehriban münasibətlərin qarantısınız.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun inkişafına, MDBMİ qardaşlığının möhkəmlənməsinə sanballı köməyinizi və dəstəyinizi, bu işdə həqiqətən maraqlı olmağınızı qeyd etmək mənə xüsusilə xoşdur. Universitetimizin məzunlarının Bakıda genişmiqyaslı forumunun keçirilməsi ilə bağlı Sizin təşəbbüsünüz yeni, şanlı bir ənənənin əsasını qoyub. Universitetin yubileyi ilində Moskvada MDBMİ Məzunlarının II Beynəlxalq Forumunun keçirilməsi bu ənənənin davamı oldu.

Hörmətli İlham Heydər oğlu, icazə verin, Sizə möhkəm cansağlığı, mətinlik, qardaş Azərbaycan naminə yeni-yeni uğurlar və nailiyyətlər arzulayım.

Dərin hörmətlə, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunov".