Qafqaz toyları Moskva merini qəzəbləndirib

Toy kortejlərində atəş açmaq qadağan olunub



Moskvanın mərkəzində toy kortejinin havaya atəş açması ilə bağlı sentyabrın 30-da yaranan vəziyyət mer Cergey Sobyaninin qəzəbinə səbəb olub.

Paytaxt meri baş verən hadisədə günahkarların tapılması barədə hüquq-mühafizə orqanlarına göstəriş verib.

Meriyanını mətbuat xidməti baş verən hadisə ilə əlaqədar 15 nəfərin saxlandığını vurğulayıb. Saxlananların qafqaz mənşəli olduğu bildirilir. Onlar toyda ətrafa atəş açmaqla ictimai asayişi pozmaqda günahlandırılırlar. Artıq onlardan biri-Murad Ağalarov xuliqanlıqda təqsirləndirilib.

Elnarə Əlosmanqızı
AzNews.az