Ədalət Yusibov sədr müavinliyindən istefa verdi, amma... Ədalət Yusibov sədr müavinliyindən istefa verdi, amma...

Mirmahmud Mirəlioğlunun daha bir müavini dönük çıxdı

Ədalət Yusibov sədr müavinliyindən istefa verdi, amma...



KXCP sədri Mirmahmud Mirəlioğlunun müavini, bu partiyanın Salyan rayon təşkilatının sədri Ədalət Yusibov tutduğu vəzifədən istefa verib. Bu barədə Avropa.info-ya Ə. Yusibov özü məlumat verib. O bildirib ki, 1 oktyabr tarixindən etibarən KXCP sədrinin müavini və Daimi Seçki Qərərgahının rəhbəri postlarından istefa verib. O deyib ki, bu addımının səbəbləri barədə yaxın günlərdə açıqlama verəcək: "Ola bilər 7 oktyabrda keçiriləcək Ali Məclisin toplantısında bu barədə açıqlama verəcəm. Lakin bu açıqlamanı verməyim tezləşə də bilər".

Ədalət Yusibov onu da söylədi ki, o, KXCP-nin üzvü və Salyan rayon təşkilatının sədri kimi fəaliyyətini davam etdirəcək.

Qeyd edək ki, Ədalət Yusibov hazırda İctimai Palatanın Koordinasiya Şurasının üzvüdür.