- Köhnə - Siyasət
- 30 Yanvar 2015 10:04
- 2 590
Uorlik vurulan erməni təyyarəsindən danışdı
Dağlıq Qarabağda Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində pilotsuz uçuş aparatlarından istifadə təxribatdır.
AzNews.az Trend-ə istinadən xəbər verir ki, bunu ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik özünün "Tvitter" sosial şəbəkəsindəki mikrobloqunda yazıb.
Uorlik qeyd edir ki, tərəflər qoşunların təmas xəttində gərginliyi azaltmalıdırlar.
Xatırladaq ki, dünən saat 14:00 radələrində Azərbaycan HHQ cəbhənin Ağdam istiqamətindəki Azərbaycan mövqeləri üzərində Ermənistan SQ-yə məxsus pilotsuz uçuş aparatını məhv ediblər.