Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur, ola da bilməz Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur, ola da bilməz

Ramiz Mehdiyev: “Görüşdə adımın təkidlə hallandırılması düşünülmüş ciddi təxribatdır“

Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur, ola da bilməz



"Bu məsələ ilə bağlı artıq dövlət rəsmiləri tərəfindən qəti formada kifayət qədər münasibət bildirilib. Səsləndirilən fikirlərə yalnız onu əlavə edə bilərəm ki, bəhs olunan görüşdə mənim adımın təkidlə hallandırılması cəhdi kiminsə tərəfindən düşünülmüş ciddi təxribatdır.

Məqsəd də ondan ibarətdir ki, hakimiyyət nümayəndələrini belə çirkin əməllərə bulayıb nüfuzdan salsınlar. Qeyd etməliyəm ki, belə cəhdlər müstəqillik dövründə dəfələrlə olub, lakin əsası olmadığı üçün baş tutmayıb və bu tipli təxribatçılar öz məqsədlərinə nail ola bilməyiblər. Hazırkı olay da heç bir nəticə verməyəcək".

AzNews.az-ın "AzərTAc" dövlət agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "ABU-nun sabiq rektoru Elşad Abdullayev və Milli Məclisin deputatı Gülər Əhmədovanın videogörüntüləri ilə bağlı müzakirələr bir neçə gündür ki, gündəmdən düşmür.

Elşad Abdullayevin Gülər Əhmədova ilə söhbətində Sizin də adınız hallanır. Bununla bağlı nə deyə bilərsiniz" sualına cavablında bildirib.

R. Mehdiyev qeyd edib ki, Prezident Administrasiyasının nümayəndələrinin belə çirkin olaylarla heç bir əlaqəsi yoxdur, ola da bilməz: "Elşad Abdullayevin deputat seçilməməsi və onun rektoru olduğu Beynəlxalq Universitetin qanuni əsaslarla bağlanması faktı da fikirlərimi bir daha təsdiq edir.

O ki qaldı ortada canfəşanlıq edən dələduzlara, Elşad Abdullayevin və onun kimilərin açdığı bazara - bu, onların öz problemləridir. Belə dələduzlar həmişə olub, bu gün də var. Onlar uçun ən inandırıcı yol, əlbəttə ki, vəzifəli insanların adını hallandırmaq və istifadə etməkdir. Belələri gec-tez hər zaman ifşa olunub və qanun qarşısında məsuliyyətə cəlb ediliblər. Bundan sonra da kimliyindən asılı olmayaraq belələrinə heç bir güzəşt olmayacaq".

AzNews.az